
Mənə tez-tez bu sual verilir, izləyici sayını necə artırmaq olar. Hər kəs tanınmaq və məşhur olmaq istəyir, amma əsas məsələ keyfiyyətli iş görməkdir. Bu məsələ fərdlər və şirkətlərlə görüşlər zamanı qaldırılır və biz həmişə qeyd edirik ki, cəmiyyətdə brendinizə olan tələbatı araşdırırıq və sonra hansı suallara cavab vermək üçün videoları paylaşmalı olduğumuzu qeyd etməliyik. Çünki, məsələn, auditoriya hədəf olduqda, 10.000 izləyici hədəfi qoyuruq və bu hədəfə çatdıqda onlar artıq maraqlanmırlar. Buna görə də, kontent yaratmaqda çətinlik çəkməmək üçün sahəmizdə ən aktual sualları və yenilikləri tapmaq üçün çox çalışmalıyıq. Auditoriya sözü tez-tez müştəri sözü ilə qarışdırılır, xeyr, burada auditoriya sadəcə sizə baxır və sizi anlamağa çalışır, sizə inandıqda müştəri ola bilərlər və buna görə də təqdim etdiyiniz xidmətlər haqqında danışmalısınız ki, onlar sizi tanısınlar və sonradan müştəri olsunlar. Sosial şəbəkələrin izləyicilərlə bağlı qəbul etdiyi alqoritm belədir: istifadəçilər aktiv və passivdir və izahı sosial şəbəkədən gündə 5-8 saatdan çox istifadə edənlər və gündə maksimum 1-2 saat istifadə edənlərdir. İstifadə etdiyimiz sosial şəbəkə səhifəsində həmişə əvvəlcədən məlumat verməliyik ki, insanlar onu vurma cədvəli kimi əzbərləyə bilsinlər. Ən əsası isə, ümumi paylaşımlar haqqında həmişə məlumat verməliyik ki, insanlar desinlər ki, oh, deməli, bu şəxs gələn ay bu mövzuda paylaşım edəcək, yadımda qalsın. İzləyicilərinizi sağlam şəkildə artırın və ən əsası, fasiləsiz həftəlik və aylıq paylaşımlar edin və ən azı 1 ildən sonra səhifənizdəki izləyici sayının artdığını və şəhərdə gəzdiyiniz zaman bir çox insanın sizi tanıdığını görəcəksiniz. Hər hansı bir sualınız varsa, mənə İnstaqramda @alamdarmanafov ünvanına yaza bilərsiniz.Ələmdar Manafov



