
Artıq başa düşürük ki, strategiya sözünün hər hansı bir planlaşdırma ilə bağlı olduğunu anlayırıq. Sosial media strategiyası dedikdə, sosial şəbəkələr üçün paylaşım vaxtları, əməkdaşlıqlar, təlimlər, seminarlar haqqında ümumi bir plan tərtib edirik. Ən əsası, auditoriyamızın davamlı məlumat ala bilməsi üçün bu işləri ardıcıl olaraq etməkdir. Bəzi insanlar sadəcə bir paylaşımın kifayət etdiyini düşünürlər, amma xeyr, bütün işlər davamlı olmalıdır. Fərdlər və şirkətlər fərqli strategiyalar hazırlamalıdırlar, hətta deyərdim ki, fərdlər üçün bu daha çətindir, çünki hər kəs xarakter baxımından tamamilə fərqlidir və onlara uyğun bir strategiya yaratmaq çətindir. Hər hansı bir sualınız varsa, mənə İnstaqramda @alamdarmanafov ünvanına yaza bilərsiniz.Ələmdar Manafov



